Modern.az

Biləsuvarda qaydaları pozanlar cərimələndi

Biləsuvarda qaydaları pozanlar cərimələndi

Aktual

19 Fevral 2022, 18:10

Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə də yollarda piyadaların həyat və sağlamlığının qorunması, o cümlədən piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, növbəti reyd zamanı mövcud piyada keçidlərindən istifadə etməyən piyadalar aşkarlanıb.

 

Dövlət Yol Polisi əməkdaşları tərəfindən həmin şəxslərlə maarifləndirici söhbətlər aparılıb. İzah edilib ki, yolu piyadalar üçün nəzərdə tutulmayan yerlərdən keçməklə onlar öz həyatlarını təhlükəyə atmaqla bərabər, digər hərəkət iştirakçıları üçün də maneə və çətinlik yaratmış olurlar.

 

Reyd zamanı, həmçinin keçidlərdə piyadalara yol verməyən sürücülər də polis əməkdaşları tərəfindən müəyyən edilib və onların hər biri barəsində qanunamüvafiq tədbirlər görülüb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı