Modern.az

Rusiya və Gürcüstan "3+3"ü müzakirə edəcək

Rusiya və Gürcüstan "3+3"ü müzakirə edəcək

Aktual

19 Fevral 2022, 18:32

Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin rəhbəri Qriqori Karasin və Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze arasında görüş baş tutacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Karasin jurnalistlərə açıqlamasında məlumat verib.

 

O, görüşün mart ayının ortalarında keçirilə biləcəyini deyib.

 

Tərəflər ikitərəfli və regional məsələləri, o cümlədən “3+3”platformasının perspektivlərini müzakirə edəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər