Modern.az

Azərbaycanda koronavirusdan ölüm sayı ARTDI

Azərbaycanda koronavirusdan ölüm sayı ARTDI

Aktual

19 Fevral 2022, 18:35

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3690 yeni yoluxma faktı qeydə alınıb, 6963 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 771 709 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 727 828 nəfər müalicə olunaraq sağalıb, 9 211 nəfər vəfat edib, aktiv xəstə sayı 34 670 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 215, ötən müddət ərzində isə ümumilikdə 6 473 728 test aparılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı