Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 36 569 vaksin vurulub.
Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2738, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1555, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 30 174, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2102 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 756 794, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 283 131, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 773 574, üç və daha çox doza vaksinlərin sayı 2 508 085, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 192 004 nəfər təşkil edir.
