Modern.az

"Neftçi" "Keşlə"ni məğlub etdi

Aktual

19 Fevral 2022, 19:44

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, günün ikinci matçında son çempion "Neftçi" "Keşlə"ni qəbul edib.

 

"Bakcell Arena"dakı qarşılaşma "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

"Neftçi" qələbə sayəsində xallarının sayını 25-ə çatdırıb və "Zirə" ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. "Keşlə" 14 xalla 6-cı sırada qalıb.

 

Qeyd edək ki, günün ilk matçında "Qəbələ" "Səbail"i 2:0 hesabı ilə üstələyib. XVI turun "Zirə" - "Sabah" matçı fevralın 20-də olacaq. Turun “Qarabağ” – “Sumqayıt” oyunu mayın 12-nə təxirə salınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı