Modern.az

ABŞ rəsmisi Azərbaycana təşəkkür etdi

ABŞ rəsmisi Azərbaycana təşəkkür etdi

Aktual

19 Fevral 2022, 20:15

ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu ildönümü münasibətilə açıqlama yayıb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyindən bildirilib.

 

“Keçən il Azərbaycanda olarkən bizim birgə işimiz sayəsində əldə olunan nailiyyətləri nəzərdən keçirdim. Biz Azərbaycanın iqtisadiyyatını şaxələndirməsi və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində olan səylərini dəstəkləməyə davam edəcəyik.

 

Kabil hava limanının mühafizəsini təmin edən ölkələrin sırasında xidmətinə və ümumilikdə NATO-nun əməliyyatlarını dəstəklədiyinə görə Azərbaycana təşəkkürümüzü bildiririk” - deyə ABŞ rəsmisi qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı