Modern.az

Hərbi helikopterlərimiz havaya qaldırıldı – VİDEO

Hərbi helikopterlərimiz havaya qaldırıldı – VİDEO

Aktual

20 Fevral 2022, 10:17

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin helikopter ekipajları ilə uçuş məşqləri keçirilib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, məşqlərin praktiki hissəsində gündüz və gecə uçuşları icra edən ekipajlar ərazinin qiymətləndirilməsi, hərəkət marşrutlarının öyrənilməsi və müxtəlif epizodlar üzrə tapşırıqlar icra ediblər.

 

Təlim uçuşunda qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı