Modern.az

Özünü təcrid qanunları ləğv edilir

Özünü təcrid qanunları ləğv edilir

Aktual

20 Fevral 2022, 11:08

Böyük Britaniyada koronavirusa görə tətbiq olunan özünü təcrid qanunları növbəti həftədən ləğv ediləcək.

 

Modern.az xəbər verir ki, sabahdan etibarən Krallıqda COVID-19-a görə tətbiq olunan məhdudiyyətlərin bəziləri qaldırılacaq.

 

Baş nazir Boris Consonun “COVID-19 ilə yaşamaq strategiyası”na əsasən, virusa yoluxanlar artıq karantində qalmayacaqlar.

 

Daha əvvəl məhdudiyyətlərin martın 24-də qaldırılacağı açıqlansa da, Baş nazir fevralın sonuna qədər məhdudiyyətləri ləğv etməyə qərar verib.

 

Fevralın 11-dən ölkəyə gələn peyvənd edilmiş şəxslərdən COVID-19 testi tələb olunmayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!