Modern.az

54 yaşlı qadını maşın vurdu

54 yaşlı qadını maşın vurdu

Aktual

20 Fevral 2022, 12:32

Balakən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. Belə ki, həmin ərazidə avtomobil 1968-ci il təvəllüdlü Gənciyeva Dinara Ramazan qızını vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol sirkə kasasının sınığı diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı