Modern.az

Berlindən Kiyevə "böyük yeddilik" dəvəti

Berlindən Kiyevə "böyük yeddilik" dəvəti

Aktual

20 Fevral 2022, 13:30

G7 ölkələrinin (“Böyük yeddilik”) xarici işlər nazirləri Ukraynanın XİN başçısı Dmitri Kulebanı “Böyük yeddiliy”in toplantısında iştiraka dəvət ediblər.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Münhen Təhlükəsizlik Konfransında danışıqların yekunlarına dair bildirib.

 

"Biz ona dedik ki, Ukrayna üçün ağır iqtisadi və maliyyə böhranına çevrilən bu ağır böhran zamanı biz G7-dəki tərəfdaşlar olaraq Ukraynanın tərəfindəyik", - Berbok jurnalistlərə deyib.

 

Onun sözlərinə görə, Ukrayna 2014-cü ildən bu günə kimi G7 və digər beynəlxalq institutlardan ümumilikdə 48 milyard ABŞ dollarından çox vəsait əldə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər