Pekin-2022 Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.
Modern.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 16:00-da başlayan tədbir Pekindəki Milli stadionda təşkil olunub.
2 saata yaxın davam edən mərasimdə olimpiyaçıların paradı baş tutub.
Qeyd edək ki, yarışlarına fevralın 2-də start verilən, açılış mərasimi ayın 4-də baş tutan “Ağ Olimpiada”da 91 ölkədən 2871 idmançı mübarizə aparıb. Onlar 7 idman növündə 109 medal dəsti üçün mübarizə aparıb.
29 ölkənin medal, 23-nün qızıl qazandığı yarışda Norveç hamını qabaqlayıb. Almaniya ikinci, Çin üçüncü yeri tutub. Olimpiyaçıların paradından sonra Olimpiya bayrağı İtaliyanın Milan və Kortina şəhərlərinə verilib. Bu şəhərlər 2026-cı ildəki yarışa ev sahibliyi edəcək.
Xatırladaq ki, iki idmançı ilə yarışa qatılan Azərbaycanın hər iki təmsilçisi ikinci “onluq”da yer tutub. Fiqurlu konkisürənlərimizdən Yekaterina Ryabova 15-ci, Vladimir Litvintsev 18-ci olub.