Futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları keçirilib.
Modern.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.
Belə ki, “Zirə” doğma meydanda “Sabah”la qarşılaşıb. Hər iki komandanın avrokuboklara vəsiqə qazanmağa iddialı olması bu oyunun gərgin keçəcəyindən xəbər verirdi. Lakin matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Xatırladaq ki, ilk oyun günündə “Qəbələ” evdə “Səbail”ə (2:0), “Neftçi” isə “Keşlə”yə (3:1) qalib gəlib. “Qarabağ” – “Sumqayıt” matçı isə Ağdam təmsilçisinin Avropa Konfrans Liqasında Marsel “Olimpik”i (Fransa) ilə pley-off oyunlarına görə mayın 12-nə təxirə salınıb.
Azərbaycan Premyer Liqasında 16-cı tur
20 fevral
“Zirə” – “Sabah” 2:0
Qol: H.Keyta, 63; 90+3.
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Elçin Məsiyev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.