Rusiyada keçmiş ədliyyə nazirinin müavini Vladimir Yalunin vəfat edib.
Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, eks-məmurun meyiti buz bağlamış çaydan tapılıb.
Xilasedicilər onun cansız bədənini buzun üzərinə yıxıldığı yerdən 10 kilometr aralıda tapıblar. Məlumata görə, 70 yaşlı keçmiş məmur fevralın 5-i axşam saatlarında Kozino yaxınlığındakı kilsəyə gedib, lakin daha sonra evə qayıtmayıb.
Qeyd edək ki, Vladimir Yalunin 2004-2006-cı illərdə Rusiya ədliyyə nazirinin müavini vəzifəsində çalışıb.