Modern.az

İcra başçısı şəhidin medallarını evlərində atasına təqdim edib

İcra başçısı şəhidin medallarını evlərində atasına təqdim edib

Aktual

21 Fevral 2022, 09:48

Prezident İlham Əliyevin Sərəncamı ilə, Səfikürd kəndindən Vətən müharibəsi şəhidimiz Behbudov Nofəl Həmid oğlu “Xocavəndin azad olunmasına görə”  medalı ilə təltif  olunub. 

 

Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Səfərbərlk və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərliyi və bir qrup ictimai fəallarla birgə, Səfikürd  kəndində şəhidimizin ailəsini ziyarət edərək medalı şəhidimizin atasına təqdim edib.

 

XTQ əsgəri Behbudov Nofəl Həmid oğlu Şuşa uğrunda gedən döyüşlərdə, 19 yaşında qəhrəmancasına şəhid olmuş, “Rəşadət”  ordeni,  "Cəsur döyüşçü", "Vətən uğrunda",  “Kəlbəcərin azad olunmasına görə” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı