Modern.az

“BakuBus”un avtobusu qəzaya düşdü

“BakuBus”un avtobusu qəzaya düşdü

Aktual

21 Fevral 2022, 10:27

Bakıda “BakuBus” MMC-ə məxsus 14 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus qəza törədib.

 

Modern.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.

 

Hadisə səhər saatlarında paytaxtın Nəsimi rayonunda Füzuli küçəsində baş verib.

 

"Belə ki, 99-JJ-825 dövlət nömrə nişanlı sərnişin avtobusu yol kənarındakı səkinin üstünə çıxıb. Sürücü ayağından yüngül xəsarət alıb. Sərnişinlərin heç biri xəsarət almayıb. İlkin ehtimallara görə qəzaya avtobusun qarşısına çıxan digər avtomobil səbəbindən sürücünün idarəetməni itirməsi olub".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı