Modern.az

Şadlıq sarayının inzibatçısı həbs olundu

Şadlıq sarayının inzibatçısı həbs olundu

Aktual

21 Fevral 2022, 11:35

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şadlıq sarayında təşkil olunan toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən xəbərə görə, yoxlamalar zamanı şəhər ərazisində yerləşən “Asiman” şadlıq sarayında keçirilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi və 250 nəfər qonağın məclisdə iştirak etdiyi müəyyən olunub.

 

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar şadlıq evinin inzibatçısı Elvin Balakişiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə ) maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı