Modern.az

Azərbaycan və Rusiya arasında yeni saziş imzalandı

Azərbaycan və Rusiya arasında yeni saziş imzalandı

Aktual

21 Fevral 2022, 11:54

Bu gün Bakıda keçirilmiş və Rusiyanın Udmurtia bölgəsinin ixrac və investisiya potensialının təqdimatına həsr edilmiş tədbirdə iki ölkə arasında bir sıra sənədlər imzalanıb.

 

Modern.az xəbər verir ki, bunlardan biri İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Udmirtianın "İnkişaf Konsepsiyası" qurumu arasında imzalanmış əməkdaşlıq sazişidir.

 

Digər sənəd isə Udmirtianın "Dostluq" Azərbaycan İctimai Mərkəzinin Regional İctimai Təşkilatı ilə Azərbaycanın Rus icması arasında əməkdaşlığa dair sazişdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...