Modern.az

Ermənistan parlamentində fikir ayrılığı: İrəvan sülhə hazırlaşır?

Ermənistan parlamentində fikir ayrılığı: İrəvan sülhə hazırlaşır?

Aktual

21 Fevral 2022, 12:17

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Mülki müqavilə” partiyası müxalifət partiyalarının Şuşa Bəyannaməsinin əleyinə hazırladığı bəyanat layihəsinə qoşulmaqdan imtina edib.

 

Modern.az xəbər verir ki, müxalifət blokundan olan deputatlar “Mülki müqavilə”nin hərəkətlərini Ermənistanın Müstəqillik Bəyannaməsinin rədd edilməsi kimi qiymətləndiriblər.

 

“Hayastan” blokunun deputatı Andranik Tevanyan jurnalistlərə açıqlamasında bildirib ki, hakim partiya Şuşa Bəyannaməsi ilə bağlı bəyanatı qəbul etməkdən imtina edərək, Türkiyə və Azərbaycana sülhə hazır olduğu mesajını verib.

 

Fevralın 23-də Ermənistan Milli Assambleyasının xarici əlaqələr komissiyasında müxalifətin təklif etdiyi “Şuşa bəyannaməsi”nə dair bəyanat layihəsi müzakirə olunacaq.

 

Tevanyan deyib ki, Milli Assambleya bu məsələ ilə bağlı növbədənkənar iclas keçirəcək, lakin hakimiyyətin davranışı iclasın uğursuz ola biləcəyini göstərir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı