Dünyanın bəzi nüfuzlu aviaşirkətləri Rusiya və Ukrayna arasında yaranan gərginliyə görə Ukraynaya uçuşları müvəqqəti olaraq dayandırıb.
Modern.az Ukrayna KİV-nə istinadla xəbər verir ki, gərginliyin artması fonunda fevralın 21-də “Swiss Air” və “Lufthansa” aviaşirkətləri Kiyevə uçuşları fevralın sonuna qədər dayandırıb.
“Sərnişinlərimizin və ekipaj üzvlərimizin təhlükəsizliyi hər zaman böyük əhəmiyyət kəsb edir”, - deyə avişirkətlər yaydığı məlumatda qeyd bildirib.
Həmçinin “Lufthansa” aviaşirkəti Lvova uçuşları davam etdirəcək.