Modern.az

“Azərbaycanlı deputatlar artıq İrəvandadır” - Karapetyan

“Azərbaycanlı deputatlar artıq İrəvandadır” - Karapetyan

Aktual

21 Fevral 2022, 12:31

"Azərbaycanlı deputatlar Avronest Parlament Assambleyasının iclasında iştirak etmək üçün çox güman ki, artıq Yerevandadırlar".

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Avronestdəki nümayəndə heyətinin rəhbəri, “Mülki müqavilə” fraksiyasından olan deputat Mariya Karapetyan deyib.

 

“Dəqiq deyə bilmərəm, amma səhv etmirəmsə, o zaman azərbaycanlı deputatlar artıq İrəvanda olmalıdırlar... Deputatlardan biri bitərəf, ikincisi isə hakim partiyanın nümayəndəsidir”, - Karapetyan bildirib.

 

Deyib ki, erməni deputatların hələ də onlarla əlaqəsi olmayıb. Eyni zamanda Karapetyan izah edib ki, erməni parlamentarilərin xarici həmkarları ilə ünsiyyət qurduqları formatlarda Azərbaycan tərəfi ilə təmaslar ola bilər.

 

Erməni deputat əlavə edib ki, azərbaycanlı millət vəkillərinin erməni mətbuatı ilə əlaqə saxlaması nəzərdə tutulmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı