Modern.az

Trampın “Truth Social” adlı sosial şəbəkəsi işə düşüb

Trampın “Truth Social” adlı sosial şəbəkəsi işə düşüb

Aktual

21 Fevral 2022, 13:48

ABŞ-ın sabiq prezidenti Donald Trampın “Truth Social” adlı yeni sosial şəbəkəsinin tətbiqi bu gündən “Apple Store” bazarında peyda olub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, tətbiq yükləmək üçün əlçatandır, lakin ondan istifadə etmək hələ mümkün deyil. Qeydiyyatdan keçib hesab yaratdıqdan sonra istifadəçiyə “yüksək tələbat səbəbindən” onun növbə siyahısında olduğu bildirilir.

Mesajda deyilir: "Biz sizi sevirik və siz bizim üçün adi bir nömrə deyilsiniz".

Truth Social Amerikanın federal bayramında fəaliyyətə başlayıb - 21 fevral ABŞ-da Prezident Günüdür.

Layihənin işə salınması barədə qərarı Donald Tramp 2021-ci il yanvarın 6-da Vaşinqtonda baş verən iğtişaşlardan sonra vermişdi. O zaman əksəriyyətində bloklanan sosial şəbəkələr Trampa problem yaratmışdı.

Truth Social, ABŞ Nümayəndələr Palatasının keçmiş üzvü Devin Nunesin rəhbərlik etdiyi Trump Media və Texnologiya Qrupu (TMTG) tərəfindən hazırlanıb. Əvvəllər o, platformanın istifadəyə verilməsinin martın sonuna qədər gecikdirilməsi ilə bağlı bir neçə dəfə ictimai açıqlamalar versə də, bu həftə yeni sosial şəbəkənin azsaylı istifadəçiləri ilə aktiv şəkildə əlaqə saxlayıb, onları bir-birlərinə abunə olmağa, foto və videolar göndərməyə çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı