Modern.az

Naftalanın qadınlardan ibarət komandası Azərbaycan çempionatında iştirak edib

Naftalanın qadınlardan ibarət komandası Azərbaycan çempionatında iştirak edib

Aktual

21 Fevral 2022, 14:24

Naftalanın qadınlardan ibarət futbol komandası Azərbaycan çempionatının Yüksək Qızlar Liqasında iştirak edib.

 

Modern.az xəbər verir ki, 2021/2022-ci il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən qadınlardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının (Yüksək Qızlar Liqası) 2-ci dövrəsində şəhərimizin UGİM (Naftalan) komandası da iştirak edib. Qadınlar arasında futbolun təbliği və kütləviliyinin artırılması, qadın futbolçuların ustalığının yüksəldilməsi və milli komandalara cəlb edilməsi məqsədilə təşkil edilən çempionatın 1-ci dövrəsində (2021-ci ilin noyabr-dekabr ayları) çıxış edən komandamız 7 oyun keçirərək 4 xal ilə hazırda 6-cı pillədə qərarlaşıb.

 

Qadınlardan ibarət komandalar arasında keçirilən futbol üzrə Azərbaycan çempionatının 2-ci dövrəsində təmsilçimiz ilk oyununu paytaxtın Xırdalan City (Bakı) komandası ilə keçirib. Görüş 2:0 hesabı ilə UGİM (Naftalan) komandasının xeyrinə başa çatıb.

 

Azərbaycan çempionatında komandamıza uğurlar arzulayırıq! 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı