Modern.az

Azərbaycan və Gürcüstanın təhsil nazirləri görüşdü

Azərbaycan və Gürcüstanın təhsil nazirləri görüşdü

Aktual

21 Fevral 2022, 15:00

Azərbaycanın təhsil naziri Emin Əmrullayev Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli ilə görüş keçirir.

 

Modern.az xəbər verir ki, nazirlər təhsil sahəsində ikitərəfli əməkdaşlığın inkişafı və gücləndirilməsi məsələlərini müzakirə edirlər.

 

Görüşdən sonra Azərbaycan və Gürcüstanın təhsil nazirlikləri arasında təhsil sahəsində əməkdaşlığa dair saziş imzalanacaq.

 

İmzalama mərasimindən sonra nazirlər mətbuat üçün brifinq keçirəcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı