Modern.az

Fransa Ukraynaya uçuşları dayandırdı

Fransa Ukraynaya uçuşları dayandırdı

Aktual

21 Fevral 2022, 15:20

Fransanın “Air France” aviaşirkəti Ukraynaya həyata keçirilən reysləri növbəti göstərişə qədər dayandırmaq qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı aviaşirkətdəki mənbəyə istinadən “Le Parisien” nəşri yayıb.

 

“Biz bu qərarı sərnişinlərin və komandalarımızın təhlükəsizliyi üçün vermişik”, - deyə məlumatda qeyd olunub.

 

Qərar çərçivəsində fevralın 22-si Parisdən Kiyevə nəzərdə tutulan uçuş ləğv olunub. Vəziyyət yaxın həftələrdə yenidən nəzərdən keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!