Modern.az

Gürcüstan-Ermənistan sərhədində zəlzələ

Gürcüstan-Ermənistan sərhədində zəlzələ

Aktual

21 Fevral 2022, 17:23

Gürcüstan-Ermənistan sərhədində zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Yer Elmləri və Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, yerli vaxtla saat 16:17-də baş vermiş 3,2 bal gücündəki yeraltı təkanların episentri Dmanisi yaxınlığındakı Sameba kəndinin ərazisində qeydə alınıb.

 

Dağıntı barədə məlumat daxil olmayıb.

 

Xatırladaq ki, fevralın 13-də episentri Sameba kəndinin yaxınlığında yerləşən 6,2 bal gücündəki zəlzələ Azərbaycanın qərb rayonlarında, eləcə də Ermənistanda hiss edilmişdi. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər