Modern.az

“Smart təhsil kartı” olan müəllim və tələbələrin SAYI

“Smart təhsil kartı” olan müəllim və tələbələrin SAYI

Aktual

21 Fevral 2022, 17:36

Azərbaycan Mərkəzi Bankı (AMB), Təhsil Nazirliyi və bankların birgə icra etdiyi “Smart təhsil kartı” layihəsi çərçivəsində ali və orta ixtisas təhsil müəssisələri üzrə ümumilikdə 120 mindən çox müəllim və tələbə heyəti xüsusi kartla təmin olunub.

 

Azərbaycan Mərkəzi Bankından Modern.az-a verilən məlumata görə, “Smart təhsil kartı” müəllim və tələbələrə universitet, kitabxana və oxu zallarına giriş imkanı verməklə yanaşı, eyni zamanda təqaüdlərin alınması, ölkə daxili və xaricində istənilən ödənişlərin həyata keçirilməsi funksionallıqlarını özündə ehtiva edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı