Estoniya, Latviya və Litvanın xarici işlər nazirləri Kiyevə səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis "Twitter" hesabında bildirib.
Onun sözlərinə görə, Ukrayna artıq iqtisadi, kiber və hərbi hücumlara məruz qalır, belə ağır zamanda Ukrayna ilə həmrəylik nümayiş etdirməyin yolu Kiyevə səfər etməkdir.
"Biz, Baltikyanı ölkələrin xarici işlər nazirləri bu həftə ora səfər edəcəyik”, - Landsberqis bildirib.