Modern.az

"Azəriqaz" Abşeronda sahibkarlarla görüşəcək

Aktual

21 Fevral 2022, 19:22

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi “Açıq mikrofon” aksiyası çərçivəsində Abşeron rayonunda sahibkarlarla görüş keçirəcək.

 

Bu barədə Modern.az-a qurumdan bildirilib.

 

Məlumata görə, "Azəriqaz"ın rəhbər şəxsləri Abşeron rayonu, Novxanı qəsəbəsi, Novxanı stansiyasının yanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” fevralın 23-də saat 11:00-dən 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı