Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün Ermənistanın paytaxtında səfərdədirlər.
Modern.az-ın məlumatına görə, ilk dəfə Ermənistana səfər edən millət vəkili Tahir Mirkişili sosial şəbəkə hesabında İrəvandan post paylaşıb.
“Güclü dövlət və güclü liderə sahib olmağı dünyanın istənilən yerində hiss etmək kimi insana qürür verən ikinci bir hiss yoxdur!”, - parlamentari bildirib.
