Modern.az

KTMT separatçılara hərbi yardım göndərməyəcək

KTMT separatçılara hərbi yardım göndərməyəcək

Aktual

22 Fevral 2022, 09:21

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nizamnaməsi hərbi və ya sülhməramlı qüvvələrin yalnız təşkilata üzv ölkələrin ərazisində istifadəsinə icazə verir və buna görə də KTMT qüvvələrinin "Donetsk və Luqansk Xalq Respublikaları"na ("DNR" və "LNR") göndərilməsi mümkün deyil.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın baş nazir müavini, xarici işlər naziri Muxtar Tleuberdi bildirib.

 

“Xeyr, bu mümkün deyil, çünki bildiyiniz kimi, KTMT nizamnaməsi hərbi və ya sülhməramlı qüvvələrin istifadəsini ciddi şəkildə məhdudlaşdırır. Onlar yalnız KTMT məkanında istifadə edilə bilər",- Qazaxıstan rəsmisi qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı