Modern.az

ATƏT: “Rusiyanın addımı Minsk razılaşmasına ziddir”

ATƏT: “Rusiyanın addımı Minsk razılaşmasına ziddir”

Aktual

22 Fevral 2022, 09:25

ATƏT Rusiyanın qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın müstəqilliyini tanımaq qərarını pisləyib.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın yaydığı məlumatda deyilir.

 

"Bu addım Minsk razılaşmalarına zidd olaraq beynəlxalq hüququn və ATƏT-in fundamental prinsiplərinin pozulmasıdır. Bütün ATƏT-ə üzv dövlətlər kimi, Rusiya da digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq öhdəliyini götürüb. Biz Rusiyanı dərhal qərarı ləğv etməyə çağırırıq", - məlumatda qeyd olunub.

 

ATƏT rəhbərliyinin fikrincə, bu cür tanınma yalnız gərginliyi artıracaq və qeyd olunan ərazilərdə yaşayan əhalini Ukraynanın qalan hissəsindən ayıracaq.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ərzisində yaradılan qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın “müstəqilliyini” tanıdığını açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı