Modern.az

İranın xarici işlər naziri: Qonşu ölkələrə qucağımız açıqdır!

İranın xarici işlər naziri: Qonşu ölkələrə qucağımız açıqdır!

Aktual

22 Fevral 2022, 11:33

İran prezidenti İbrahim Rəisi ilə Qətərdə olan xarici işlər naziri Hüseyn Əmir Abdollahian şəxsi Tvitter hesabındakı paylaşımda qonşularla münasibətdən bəhs edob.

Modern.az xəbər verir ki, nazir paylaşımda bildirib:

“Hörmətli Rəisi Qətər hökumətinin qonağıdır və Qətər Əmiri tərəfindən hərarətlə qarşılandı.

 

İran və Qətər arasında münasibətlər ümumi maraqlar üzərində qurulub.

 

Qonşularla, xüsusən də ərəb ölkələri ilə münasibətlərin gücləndirilməsi İran siyasətinin əsas prioritetidir. Qonşularımıza qucağımız açıqdır”.
 

İran prezidenti İbrahim Rəisi Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin dəvəti ilə Qətərin paytaxtı Dohaya gedib. Prezidenti nazir Əmir Abdullahiyan müşayiət edir.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı