Modern.az

Erməni deputatlardan İrəvanda azərbaycanlı həmkarlarına sayğısızlıq

Erməni deputatlardan İrəvanda azərbaycanlı həmkarlarına sayğısızlıq

Aktual

22 Fevral 2022, 11:58

AVRONEST Parlament Assambleyasının İrəvandakı iclasında iştirak edən azərbaycanlı deputatlar erməni həmkarlarının sayğısızlığı ilə üzləşib.


Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Qəzetin məlumatına görə, dünən “Pandok Yerevan” restoranında Ermənistan parlamenmtinin müxalifətdən olan deputatlarının iştirak etmədiyi nümayəndə heyətinin üzvlərinin şərəfinə şam yeməyi verilib. Bu gün “Yasəman” restoranında da şam yeməyi nəzərdə tutulub və orada da müxalifət deputatları iştirak etməyəcək.

“Yəni azərbaycanlılarla bir süfrə arxasında oturub yemək yemək istəmirlər. Əvəzində Azərbaycanın ünvanına kəskin tənqidi fikirlər səsləndirmək, erməni əsirlərin qaytarılması problemini və digər məsələləri gündəmə gətirmək niyyətindədirlər”.

Xatırladaq ki. Azərbaycan Milli Məclisinin deputatları Soltan Məmmədov və Tahir Mirkişili hazırda İrəvanda səfərdədir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı