Modern.az

Moldova spikeri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Moldova spikeri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Aktual

22 Fevral 2022, 12:19

Ölkəmizdə səfərdə olan Moldova parlamentinin sədri İqor Qrosunun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 22-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb, əklil qoyub.

 

Modern.az xəbər verir ki, nümayəndə heyətinin üzvləri, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər güllər düzüblər. Nümayəndə heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

 

Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı