Modern.az

Bağçalı türk dövlətlərini ehtiyatlı olmağa ÇAĞIRDI

Bağçalı türk dövlətlərini ehtiyatlı olmağa ÇAĞIRDI

Aktual

22 Fevral 2022, 12:45

“Rusiyanın qərarı atəşə yağ tökmək kimidir. Ukraynanın ərazi bütövlüyünə hörmət edilməlidir. Müharibə yanlışdır, Rusiyanın məsuliyyəti yüksəkdir”.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı rəhbərlik etdiyi siyasi təşkilatın ölkə parlamentindəki fraksiyasının toplantısında deyib.

 

Rusiyanın qondarma rejimləri tanımasından söz açan MHP lideri türk dünyasını ayıq-sayıq olmağa çağırıb:

 

“Rusiya Prezidenti Vladimir Putin qondarma “Donetsk” və “Luqansk Xalq Respublikalarını” tanımaq qərarına gəlib. O, həmçinin Rusiya ordusuna lazım gəldikdə Donbasda əməliyyat keçirməyə icazə verib. Rusiyanın addımı yanğını alovlandırmaqdır. Eyni zamanda bu vəziyyətdə Türk dövlətləri ehtiyatlı olmalıdır. Vəziyyət türk dövlətlərinə təsir etməli deyil. Qazaxıstanda sınaqdan keçirilən, Ukraynada da baş verən böhranın Azərbaycan və digər türk dövlətlərinə dərs olması vacibdir. Cənubi Qafqazda türk yurdlarında müdaxilə həvəsinə düşənlərin oyunları ciddi təhdid olaraq qiymətləndirilməlidir. Bunun üçün ayıq olmalıyıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı