Modern.az

Səfir azərbaycanlı deputatların Ermənistana səfərindən YAZDI

Səfir azərbaycanlı deputatların Ermənistana səfərindən YAZDI

Aktual

22 Fevral 2022, 14:48

Fransanın Azərbaycandakı səfirliyi Milli Məclisin deputatlarının Ermənistanın paytaxtı İrəvanda keçirilən AVRONEST Parlament Assambleyasının komitə iclaslarında iştirak etməsinə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, Fransanın səfiri Zakari Qross bununla bağlı “Twitter” hesabında paylaşım edib.

 

“İrəvanda Avropa İttifaqı, Azərbaycan və Ermənistan parlamentlərarası dialoqunun baş tutmasını görmək xoşdur”, - diplomat vurğulayıb.

 

Qeyd edək ki, bu gün Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları başlayıb. Tədbirdə ölkəmizi Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov təmsil edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı