Modern.az

Xocalı soyqırımına ədalətli hüquqi qiymət verilməlidir

Xocalı soyqırımına ədalətli hüquqi qiymət verilməlidir

Aktual

22 Fevral 2022, 14:58

Xocalı soyqırımına hüquqi qiymət verilməlidir və bu qiymət ədalətli olmalıdır.

 

Modern.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İmayılov Qafqaz Müsəlmanları İdarəsində Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.

 

G.İsmayılov bildirib ki, Xocalı soyqırım kimi tanınmalıdır. “Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbəliyi ilə illərdir ki, Xocalı soyqırımına ədalətli hüquqi qiymət verilməsi üçün işlər görür.

 

Bəzi dairələr bu məsələyə ikili standartlar ilə yanaşırlar. Ancaq bu məsələ insani məsələdir.

 

Xocalı soyqırımı Azərbaycanlılara qarşı yönəlsə də bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir”, - deyə G.İsmayılov bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı