Modern.az

Ukrayna Rusiyadakı diplomatını geri çağırdı

Ukrayna Rusiyadakı diplomatını geri çağırdı

Aktual

22 Fevral 2022, 15:14

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Rusiyadakı müvəqqəti işlər vəkili Vasili Pokotilonu məsləhətləşmə üçün geri çağırıb.

 

Modern.az  xəbər verir ki, bu barədə Ukrayna XİN rəsmi məlumat yayıb.

 

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ona XİN-dən Rusiya ilə diplomatik münasibətlərin kəsilməsinə dair sorğunun göndərildiyini bildirib.

 

Diplomatın geri çağırılması Rusiyanın Ukrayna ərazilərində yaradılan separatçı qurumların suverenliyini tanıması ilə əlaqədardır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı