Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının operativ iclasını keçirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tokayevin sədrliyi ilə keçirilən iclasda Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Qazaxıstanın gələcək sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərə baxılıb.
Dövlət başçısı baş nazir Əlixan Smailovun, Milli Bankın sədri Qalimjan Pirmatovun, baş nazirin müavini - xarici işlər naziri Muxtar Tleuberdinin, müdafiə naziri Ruslan Jaksılıkovun və rəhbər şəxslərin məruzələrini dinləyib.
Qasım-Jomart Tokayev hərbi-siyasi və sanksiya qarşıdurması nəticəsində beynəlxalq vəziyyətin qaçılmaz pisləşməsinin mənfi nəticələrinə operativ reaksiya vermək üçün təcili olaraq antiböhran planının qəbul edilməsinin zəruriliyini qeyd edib.
Dövlət başçısı Qazaxıstan üçün potensial iqtisadi və digər risklərin minimuma endirilməsi ilə bağlı konkret tapşırıqlar verib.