Modern.az

Bu il Rusiya vətəndaşlığı alan əcnəbilərin sayı - Azərbaycanlılar neçəncidir...

Bu il Rusiya vətəndaşlığı alan əcnəbilərin sayı - Azərbaycanlılar neçəncidir...

Aktual

16 Aprel 2022, 09:09

Bu ilin birinci rübündə ən çox Rusiya vətəndaşlığı alan əcnəbilər ukraynalılar və tacikistanlılardır.

 

Modern.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən bildirlib.

“Rusiya vətəndaşlığı keçmiş sovet respublikalarından olan insanlar üçün cəlbedici olaraq qalır. 2022-ci ilin birinci rübündə Rusiya Federasiyasının vətəndaşlığını qəbul edənlərin ümumi sayında 39,6 faizi Ukraynadan olanlar, 23,9%-i Tacikistandan gələnlər təşkil edir”, - rəsmi məlumatda qeyd olunub.
 

Bu ilin birinci rübündə Rusiya vətəndaşlığı alanların 8%-ni Qazaxıstan, 7,9%-ni Ermənistan, 4,7%-ni Özbəkistan, 3,6%-ni Qırğızıstan, 3,1%-ni Belarus, 3%-ni Moldovadan gələnlər təşkil edib.

Daxili İşlər Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikasından olanlar bu siyahıda 4,5% təşkil edir.

 

Ümumilikdə, 2022-ci ilin birinci rübündə 141,5 minə yaxın xarici vətəndaş Rusiya vətəndaşlığına qəbul edilib ki, bu da ötən illə müqayisədə 12% azdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı