Modern.az

Rusiya onları agent elan etdi: jurnalist, politoloq, reper, karikaturaçı - SİYAHI

Rusiya onları agent elan etdi: jurnalist, politoloq, reper, karikaturaçı - SİYAHI

Aktual

16 Aprel 2022, 10:49

Rusiya Ədliyyə Nazirliyi daha 9 nəfəri xarici agentlərin siyahısına salıb.

Modern.az xəbər verir ki, bu barədə məlumat nazirliyin saytına yerləşdirilib.


Siyahıya Rusiyanı tərk etmiş politoloq Yekaterina Şulman, bloger Yuri Dud, karikaturaçı Sergey Elkin, jurnalist və YouTube kanalının sahibi Karen Şainyan, “The Insider” nəşrinin təsisçisi Roman Dobroxotov, Mayak hərəkatının rəhbəri Regina Dzuqkoeva, həmçinin Mariya Sabunaeva, Aleksey Semyonov və Kirill Kruqlikov daxil edilib.


Ədliyyə Nazirliyi artıq üçüncü dəfədir ki, 2022-ci ilin aprel ayında xarici agentlərin siyahısına əlavələr edib.

Aprelin 1-də 8 nəfər, o cümlədən Maestro kimi tanınan tarixçi Yevgeni Ponasenkov "qara siyahı”ya daxil edilmişdi. Amma həmin vaxt Ponasenkov mediaya deyib ki, o, “heç bir yerdən bir qəpik də almayıb”. “The Bell”in təsisçisi Yelizaveta Osetinskaya, jurnalistlər Anna Qolubeva, Alla Konstantinova, Mariya Borzunova, İrina Malkova, Murad Muradov və Viktor Vorobyov da rəsmən xarici agent elan edilib.

Aprelin 8-də siyahıya yenidən 6 nəfər salınıb. Onların arasında reper Face (əsl adı İvan Dremin), keçmiş hüquqşünas Mark Feygin və tədqiqatçı-müəllim Dmitri Dubrovski də var.
 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı