Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun Bakıda ticarət mərkəzlərindən birində keçirdiyi görüş zamanı fanatları kəmərlə vuran şəxs saxlanılıb.
DİN-nin Mətbuat xidmətindən Modern.az-a verilən məumata görə, pandemiya ilə əlaqədar tətbiq olunmuş qaydaların pozulması ilə müşaiyət olunan tədbir zamanı qeydə alınan videogörüntülərdə bir nəfərin kəmər ilə səhnəyə vurması əks olunub.
Rəsmi məlumata görə, həmin şəxs müəyyən edilərək saxlanılıb.
Bakı şəhər sakini olan Arif İbrahimov izahatında bildirib ki, o, kəməri insanlara deyil, yalnız səhnəyə vurub. Buna baxmayaraq, A.İbrahimov inzibati qaydada 15 sutka həbs olunub.
Qeyd edək ki, ötən gün Rusiyada yaşayan məşhur bloger Hüseyn Həsənovun Bakıda izləyiciləri ilə görüşündə izdiham yaşanıb.