Modern.az

Ukraynadakı obyektləri “İsgəndər” raketləri ilə məhv edirik - Rusiyalı general

Ukraynadakı obyektləri “İsgəndər” raketləri ilə məhv edirik - Rusiyalı general

Aktual

18 Aprel 2022, 11:44

Rusiya Müdafiə Nazirliyi Ukrayna ərazisindəki bəzi obyektləri “İsgəndər” raketləri ilə vurduğunu bəyan edib.

Modern.az saytı Ria Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov deyib

““İsgəndər” raketləri Ukraynada dörd silah anbarını və xeyli hərbi texnikanı məhv edib”, - deyə İqor Konaşenkov bugünkü brifinqdə bildirib.

Generalın sözlərinə görə, “İsgəndər” raket zərbələri Ukrayna hərbçilərinin cəmləşdiyi üç obyekti də darmadağın edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?