Modern.az

Kremldən “Moskva” kreyserinin görüntülərinə REAKSİYA

Kremldən “Moskva” kreyserinin görüntülərinə REAKSİYA

Aktual

18 Aprel 2022, 15:00

Kreml Qara dənizdə batmış "Moskva" kreyserindəki yanğına aid olduğu güman edilən fotoşəkillərin həqiqiliyini təsdiq edə bilmir.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinİN sözçüsü Dmitri Peskov bildirib.

 

“Bundan əvvəl sosial şəbəkələrdə, ehtimal ki, “Moskva” kreyserində baş verən yanğınların görüntüləri yayılıb. Biz həqiqətən də kadrları gördük, lakin onların nə qədər orijinal və həqiqət olduğunu deyə bilmərik”.

 

Qeyd edək ki, Rusiyanın aprelin 14-də Qara dənizdə batan "Moskva" raket kreyserinin yeni fotoları yayılıb. Xarici KİV-lər Ukraynanın “Neptun” raketləri ilə vurulduğu bildirilən gəminin ilk real fotosunu dərc ediblər.
 

Jurnalistlər aprelin 15-də gəmi batdıqdan sonra internetdə yerləşdirilən fotonu təhlil ediblər. Təhlillərdən sonra bunun real şəkil olduğu qənaətinə gəlinib. Məlum olub ki, dənizin dibinə getməzdən əvvəl kreyser hələ də yanğınla mübarizə aparırmış.
 

Şahidlərin çəkdiyi fotoşəkillərdə “Moskva”nın yanğnla müşayiət olunan tüstü ilə əhatələndiyi görünür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı