Modern.az

Ombudsman 16 yaşlı qızın ana olması məsələsini nəzarətə götürdü

Ombudsman 16 yaşlı qızın ana olması məsələsini nəzarətə götürdü

Aktual

18 Aprel 2022, 17:24

Bakı şəhəri Xəzər rayon sakini olan yetkinlik yaşına çatmayan qızın uşaq dünyaya gətirməsi ilə bağlı kütləvi informasiya vasitələrində yayılmış məlumat Ombudsman tərəfindən araşdırılır.

 

Bu barədə Modern.az-a Ombudsman Aparatından məlumat verilib.

 

Qeyd olunub ki, məsələ ilə bağlı Ombudsman Aparatının əməkdaşları tərəfindən Sabunçu Tibb Mərkəzi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi, həmçinin qızın ailə üzvü ilə əlaqə saxlanılıb. Aparılmış ilkin araşdırmaya əsasən, ananın və uşağın vəziyyətinin qənaətbəxş olduğu məlum olub.

 

Hazırda faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır və məsələ Ombudsmanın nəzarətindədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı