Modern.az

Azyaşlının zorlanması faktı təsdiqini tapmadı - DİN

Azyaşlının zorlanması faktı təsdiqini tapmadı - DİN

Aktual

18 Aprel 2022, 17:41

Masallı rayonunda azyaşlının zorlanması faktı öz təsdiqini tapmayıb.

 

Bu barədə Modern.a-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, sözügedən məsələ ilə bağlı fevral ayının 5-də azyaşlı qızın anası, rayonun Ərəb kəndinin sakini Ə.D. (ad, soy adı şərti) MasallıRayon Polis Şöbəsinə müraciət edib:

 

"Dərhal müvafiq araşdırmalara başlanılıb. Təyin olunmuş məhkəmə-tibb, məhkəmə-psixoloji ekspertizaların rəyi, aparılan araşdırmanın nəticəsində fakt təsdiqini tapmayıb və cinayət əməlinin törədilməsini təsdiq edən xüsusatlar müəyyən edilməyib. Bundan başqa, qonşuluqda yaşayan tərəflər arasında gələcəkdə baş verə biləcək hər hansı bir qanunazidd hərəkətlərin qarşısının alınması məqsədilə həmin şəxslər münaqişəli ailə kimi qeydiyyata götürülüb".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı