Modern.az

Bu ölkədə ictimai nəqliyyatda maska ​​taxmaq tələbi ləğv olundu

Bu ölkədə ictimai nəqliyyatda maska ​​taxmaq tələbi ləğv olundu

Aktual

19 Aprel 2022, 09:34

Florida ştatının federal dairə məhkəməsi ABŞ administrasiyasının koronavirusun yayılmasının qarşısını almaq üçün ictimai nəqliyyatda maska ​​taxmaq tələbinin uzadılmasının qanunsuz olduğuna qərar verərək onu ləğv edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.

 

Qeyd edək ki, keçən həftə Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Federal Mərkəzlər (CDC) qoruyucu maskaların məcburi taxılmasını bir daha mayın 3-dək uzadıb.

 

Bu qərar hakimiyyət orqanların ölkədə koronavirusun yayılma dinamikasını birmənalı şəkildə bilmək üçün daha çox vaxta ehtiyacı olduğu ilə izah olunub.

Sizə yeni x var
Keçid et
GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?