Modern.az

Toydan qayıdarkən avtomobil qaçırdı

Toydan qayıdarkən avtomobil qaçırdı

Aktual

19 Aprel 2022, 11:14

Gəncədə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin və Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus “VAZ” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakini Fikrət Aydınov saxlanılıb.

 

Araşdırmalar zamanı şübhəli şəxsin qonaq gəldiyi toyda spirtli içki qəbul etdiyi daha sonra Tovuz rayonuna qayıdarkən avtomobil qaçırdığı məlum olub. F.Aydınov Şəmkir rayonunda saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı