Modern.az

Tibbi xidmətlərlə bağlı statistik göstəricilər

Tibbi xidmətlərlə bağlı statistik göstəricilər

Aktual

20 Aprel 2022, 15:29

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2022-ci ilin mart ayında icbari tibbi sığorta çərçivəsində TƏBİB-in tabeliyindəki və müqaviləli (özəl) tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərlə bağlı statistik göstəriciləri açıqlayıb.


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) Modern.az-a verilən məlumata görə, mart ayında dövlət tibb müəssisələrinə 646 386 şəxs 1 063 170 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 2 397 417 olub. Tibbi xidmətlərin 81 %-i ambulator, 19 %-i stasionar şəraitdə göstərilib. Pasiyentlərin 27 %-ni uşaqlar, 73 %-ni böyüklər təşkil edib.


Pasiyentlərin müraciəti əsasən ümumi tibbi müayinə, qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, mamalıq və ginekologiya, habelə sinir sistemi xəstəlikləri ilə bağlı olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı