Modern.az

Əhali ən çox bu xəstəliklərdən əziyyət çəkir

Əhali ən çox bu xəstəliklərdən əziyyət çəkir

Aktual

20 Aprel 2022, 15:33

Cari ilin mart ayında 63 şəhər və rayon üzrə dövlət tibb müəssisələrinə 411 993 şəxs 677 539 dəfə müraciət edib.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) Modern.az-a verilən məlumata görə, vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 1 504 333 olub. Bu, ölkə üzrə qeydə alınan bütün müraciət sayının 62 %-ni və tibbi xidmət sayının 63 %-ni təşkil edir. 


Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələri - Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Bərdə, Quba, Xaçmaz, Yevlax, Abşeron, Zaqatala və Şəmkir rayon mərkəzi xəstəxanalarıdır.

 

Bildirilib ki, bu ilin mart ayında Bakı şəhəri üzrə dövlət tibb müəssisələrinə 241 517 şəxs 421 949 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 893 084 olub. Bu, ölkə üzrə qeydə alınan bütün müraciət sayının 38 %-ni və tibbi xidmət sayının 37 %-ni təşkil edir.


Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələri Bakı Baş Səhiyyə Mərkəzi, Kliniki Tibb Mərkəz, Nərimanov Tibb Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Akademik M.A Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı